Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “20 Yanvar” faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

15 yanvar 2024 | 14:30

15 yanvar 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “20 Yanvar” faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Müsabiqəyə rayonun 44 ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar.

Əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Müsabiqədə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, rayon Təhsil Sektorunun əməkdaşı Lamiyə Məmmədova və Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev iştirak edib. Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Quliyeva və rayon Təhsil Sektorunun əməkdaşı Lamiyə Məmmədova çıxış edərək xalqımıza qarşı törədilən erməni qətliamından, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra qaliblər rayon təhsil şöbəsinin diplomları ilə təltif ediləcəklər.

Keçidlər