Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "20 sentyabr - Dövlət Suverenliyi Günü" münasibəti ilə dəyirmi masa keçirilib

22 sentyabr 2025 | 16:53

Tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Öncəliklə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov və Tərtər Peşə Məktəbinin müəllimi Şərafət Məmmədova çıxış edərək Azərbaycan xalqının azadlıq uğrunda, müstəqillik yolunda apardığı mübarizələrdən və qazandığımız zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.

Sonda mövzu ilə bağlı film nümayişi təqdim olunub.

 

Keçidlər