Tərtərdə 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü qeyd olunub
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.
Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkə daxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq” ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Energetik işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Ümummilli Liderin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası inkişaf tempinə görə dünyada ön sıralardadır. Bu gün işğaldan azad olunan ərazilərimizin yüksək səviyyədə elektrik enerjisi ilə təchiz olunması məqsədi ilə qısa zaman kəsiyində energetiklərimizin gördükləri nəhəng işlər bunun parlaq nümunəsidir.
Tədbirdə “Energetika günü münasibəti ilə və peşə fəaliyyətlərində fərqləndiklərinə görə” bir qrup Tərər Elektrik şəbəkəsinin əməkdaşına Tərtər rayon icra hakimyyəti başçısı Mütəqim Məmmədov tərəfindən fəxri fərmanlar təqdim olunub.
Tərər Elektrik şəbəkəsinin kollektivi çalışdıqları sahəyə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.