Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

18 oktyabr 2024 | 10:29

Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.  

Sonra tədbir YAP Tərtər rayon təşkilatının İnzibati binasında davam etdirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini  bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunması haqqında qanun qəbul edilib. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edə bilmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi və yüksək idarəçilik  təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qurtardı.

Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev çıxış edərək bildirib ki, Dövlət Müstəqilliyimizin Bərpa olunmasının 33 illiyini Azərbaycan xalqı, Azərbaycan dövləti son 200 illik tariximizdə əldə etdiyi böyük qələbə ilə qeyd edir. Bildiyimiz kimi, 30 ildən artıq düşmən tapdağı altında qalan tarixi torpaqlarımız Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi və komandalığı altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci  ilin sentyabr ayının 27-də başlanılan 44 günlük Vətən müharibəsi sayəsində və 2023-cü il 19-20 senytabr lokal antiterror tədbirləri nəticəsində öz azadlığına qovuşmuş Azərbaycan dövləti bütün sərhədlərinin təhlükəsizliyini təmin etmişdir.

Tədbirdə YAP Tərtər rayon təşkilatını sədr müavini Azər Ağayev, Səhləbad ƏPT-nın sədri Xəyal Aslanov, Seydimli ƏPT-nın sədri Nərmin Vəliyeva, Mənzil İstismar İdarəsi ƏPT-nın sədri Hafis Ələkbərov və Hüsənli ƏPT-nın sədri Gülüstan Əhmədova çıxış edərək bildiriblər ki, müstəqilliyimizin bərpasının ilk illərində ulu öndər  Heydər Əliyev hakimiyyətdə  olsaydı,  Azərbaycan dövləti, xalqı həmin illərdəki faciələri, çətinlikləri yaşamazdı. Bu səhifələr  vərəqləndikcə Azərbaycanın müstəqillik  tarixinin keçdiyi yolun nə qədər çətin, hamar olmadığı aydın görünür.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə  növbəti mərhələnin-inkişaf, tərəqqi dövrünün əsasını qoyduğunu  vurğulamışlar. Müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda aparıcı  lider  ölkə olmasına gətirib çıxarıb. Vurğulanıb ki, bu qələbə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrilmişdir.

Sonda tədbir iştirakçıları 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş vidyorolik izləyiblər.

Keçidlər