Tərtərdə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş “Əbədi müstəqilliyimiz” adlı tədbir keçirilib.
15 oktyabr 2026 | 12:52
Tədbir 15 oktyabr 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsi, Tərtər rayon Heydər Əliyev Mərkəzi və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyimizin ölkəmizin inkişafındakı rolundan, eləcə də gənclərin müstəqillik dəyərlərinə sadiq ruhda yetişməsinin vacibliyindən bəhs ediblər.






