Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "18 oktyabr - Müstəqilliyin Bərpası Günü" münasibəti ilə tədbir keçirilib

17 oktyabr 2025 | 14:36

Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının, Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə öncəliklə Ulu Öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dəyirmi masa formatında keçirilən tədbir Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibovanın çıxışı ilə başlayıb.

Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Əsgərov, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Muradlı, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Peşə Məktəbinin müəllimi Aqşin İsmayılov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyə Əmirxanlı və fəal gənc Yusif Hüseynli çıxış edərək müstəqilliyimizin tarixi, xalqımız üçün əhəmiyyəti ilə bağlı fikirlərini bildiriblər.

Sonda mövzu ilə bağlı sənədli film nümayiş etdirilib.

Keçidlər