Tərtərdə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
15 iyun 2023 | 20:33
Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə müğənni Yeganə Mürsəlovanın və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.