Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "15 iyun - Milli Qurtuluş günü" münasibəti ilə ümumi təhsil məktəblərinin komandaları arasında minifutbol idman növü üzrə rayon çempionatı keçirilmişdir

13 iyun 2022 | 16:09

6-13 iyun 2022-ci il tarixlərdə Tərtər rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş günü" münasibəti ilə rayonun ümumi təhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında minifutbol idman növü üzrə rayon çempionatı keçirilmişdir.

Çempionatda 16 məktəb komandası iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd Heydər Əliyev ideyalarının yaşadılması, "15 iyun - Milli Qurtuluş günü"nün rayonda qeyd edilməsi və minifutbolun yeniyetmələr arasında inkişaf etdirilməsindən ibarətdir.

Yekunda Şəhər 1 saylı tam orta məktəbin komandası l yeri, Köçərli kənd tam orta məktəbin komandası isə ll yeri tutaraq müvafiq diplomlarla təltif edilmişlər.

Keçidlər