Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı təşkil olunub

15 iyun 2024 | 21:28

Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  YAP rayon təşkilatının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına parkda açıq yay klubunda Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Mədəniyyət Mərkəzinin kollektivinin təşkil etdiyi konsert proqramı iştirakçılar tərəfindən maraqla dinlənilib.

Keçidlər