Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 1 noyabr – “Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd olunub

31 oktyabr 2025 | 10:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən, hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi Ümummilli Lider Heydər Əliyevin rayonun Mərkəzi Meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.

Tədbirdə Tərtər Rayon İcra Hakimyyətinin başçısı Mütəqim Məmmədov tərəfindən bir qrup kənd təsərrüfatı işçisinə peşə bayramları münasibətilə  fəxri fərmanlar təqdim olunub.

Kənd təsərrüfatı işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər