Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib

01 mart 2023 | 17:56

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP rayon Təşkilatının iclas zalında “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Mülkü müdafiə qərərgahlarının rəisləri iştirak ediblər.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin MM qərargahının rəisi Ülvi Nəcəfov “Ümumdünya Mülki Müdafiə Günü” və “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzularında məruzə ilə çıxış edib. Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranmasından, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  söz açıb.  Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlər təşkil edilir. Bu ilki tədbirlər “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusuna həsr edilmişdir.

Qeyd edib ki, hazırki dövrümüzdə  fövqaladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılmasında, qüvvə və vasitələrin operativ idarə olunmasında, eyni zamanda müxtəlif mənbələrdən daxil olan məlumatların toplanmasında, ümumiləşdirilməsində İT-in (İnformasiya texnologiyaları) imkanlarından geniş istifadə olunur. 

Qeyd edək ki, “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda və ümumtəhsil məktəblərində  mülki müdafiə təlimləri keçirilmişdir.  

Keçidlər