Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib

01 mart 2024 | 09:56

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP rayon Təşkilatının iclas zalında “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Mülkü müdafiə qərərgahlarının rəisləri iştirak ediblər.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin MM qərargahının rəisi Ülvi Nəcəfov “Ümumdünya Mülki Müdafiə Günü” və “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzularında məruzə ilə çıxış edib. Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranmasından, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  söz açıb.  Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlər təşkil edilir. Bu ilki tədbirlər “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusuna həsr edilmişdir.

Digər çıxış edənlər tədbirin əhamiyyətindən danışıb, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər.

Keçidlər