Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu
İyunun 1-də Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsində yerləşən Klub-İcma Mərkəzində şəhər 5 saylı körpələr evi-uşaq bağçası tərəfindən “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi, şəhid və qazi övladları iştirak ediblər.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir, uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkçə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib.
Rayon rəhbəri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra uşaqların ifasında maraqlı konsert proqramı təqdim edilib, bayram münasibəti ilə rayon rəhbəri tərəfindən uşaqlara hədiyyələr paylanılıb.