Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar yaşı 14-dək olan Vətən Müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.

04 iyun 2023 | 18:18

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "YAŞAT" Fondu tərəfindən icra olunan "Hədiyyə karvanı" layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən Müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.

Hədiyələr Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və  "YAŞAT" Fondunun nümayəndələri tərəfindən şəhid övladlarına çatdırılıb.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər