Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərinin küçələrində tikinti-quruculuq işləri davam edir

23 fevral 2024 | 17:13

Tərtər şəhərində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərdə müasir şəhərsalmanın tələblərinə uyğun olaraq aparılan təmir-tikinti işlərinə  yerində baxış keçirib.

Şəhərin Rasim Mürsəlov və Mahir Əsədov küşəsində səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt örtüyü döşənib, yaşıllıq zolaqları salınıb, ərazidə mövcud olan ağaclar mövsümə uyğun budanaraq səliqə-sahman yaradılıb, kommunukasiya xətləri qaydaya salınıb.

Əlavə olaraq şəhərin Mehdi Hüseynzadə küçəsində səkilərə asfalt örtüyü salınacaq.

Hazırda şəhərin şəhid adı daşıyan Ruslan Lalayev və Ruslan Şahbazov küçələrində də təmir-tikinti işləri aparılır. İstinad divarları hörülərək hündürləşdirilir,  aqlay və bəzək daşları ilə üzlənir.

Görülən işlərlə tanış olan icra başçısı aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib və təmir işləri aparılan küçələrin sakinləri ilə də görüşüb.

Sakinlər şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıq edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər