Tərtər şəhərinin Aslan Hüseynov küçəsinin sakinlərinin müraciəti həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirilən qəbul görüşü zamanı şəhid Aslan Hüseynov küçəsinin sakinləri müraciət edərək istismar müddəti başa çatmış elektrik transformatorunun yenisilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsi tərəfindən köhnə transformator sökülərək əvəzində yeni müasir (160 kva KTM) elektrik transformatoru quraşdırılmışdır.
Sakinlər müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






