Tərtər şəhərinə bir ədəd “KAMAZ” markalı 20 kubmetr tutumlu məişət tullantılarını yığıb daşıyan texnika verilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Tərtər şəhərinə bir ədəd “KAMAZ” markalı 20 kubmetr tutumlu məişət tullantılarını yığıb daşıyan texnika və zibil konteynerləri verilib.
Bu gün gətirilən yeni texniki avadanlıqlara baxış keçirən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Şəhərin təmizliyinin, gözəlliyinin qorunması, səliqə sahmana salınması məqsədi ilə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini bildirib. Şəhər üçün zəruri olan yeni məişət tullantılarını daşıyan maşının verilməsinin Tərtərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına daim diqqət göstərdiyindən bəhs edən rayon rəhbəri ötən illər ərzində də şəhərimizə texniki avadanlıqların alındığını nəzərə çatdırıb. Bildirib ki, bu məişət tullantılarını yığan maşınların üstünlüyü ondan ibarətdir ki, onlar Gəncə Avtomobil Zavodunda istehsal olunur və lazım gəldikdə onun ehtiyat hissələri ilə təminatında problem yaranmayacaq. Gələcəkdə işlərin yüksək səviyyədə aparılması üçün daha yeni avadanlıqların alınması da diqqət mərkəzində saxlanılır.
Rayon sakinləri Tərtərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






