Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində tikinti-quruculuq və abadlıq işləri müasir şəhərsalmanın tələblərinə uyğun olaraq aparılır

25 may 2023 | 15:06

2023-cü ilin ilk günlərindən başlayaraq Tərtər şəhərində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Tikinti-quruculuq və abadlıq işləri müasir şəhərsalmanın tələblərinə uyğun olaraq aparılır.

Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində səkilərə asfalt döşənib, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə asfalt döşənməsi üçün hazırlıq işləri aparılır. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov küçələrində isə istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.

Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək   gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub,  sakinlərin istirahəti üçün  söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları  aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.

Şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb.

Hazırda isə şəhərin Süleyman Məmmədov küçəsində istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Küçədə kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin küçələrdə aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb.

Sakinlər şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərində razılıq edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər