Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq-quruculuq, təmir-bərpa işləri davam etdirilir

19 avqust 2026 | 18:29

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, respublikamızın hər bir guşəsində olduğu kimi Tərtər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və infrastruktur layihələri ardıcıl şəkildə davam etdirilir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin estetik görünüşünün müasir memarlıq üslubunda yenilənməsi, küçə və prospektlərin, yaşayış binalarının əsaslı təmiri istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhər ərazisində icra olunan təmir-bərpa işlərinin gedişatı ilə yerində tanış olub, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Şəhərin müasir infrastrukturunun formalaşdırılması məqsədilə Cavanşir küçəsində aparılan əsaslı təmir-bərpa işləri çərçivəsində köhnəlmiş bardürlər sökülərək yeniləri ilə əvəz olunmuş, piyada səkilərinə asfalt örtüyü döşənmişdir. Eyni zamanda, ərazidəki kommunikasiya, elektrik, qaz və rabitə xətləri texniki təhlükəsizlik normalarına uyğun olaraq qaydaya salınmışdır. Hazırda küçə boyunca istinad divarları hörülüb hündürləşdirilir, eləcə də qəzalı vəziyyətdə olan divarlar sökülərək yenidən hörülür, divarlar aqlay və bəzək daşları ilə üzlənir.

Əlavə olaraq şəhərin Ə.Paşayev küçəsində yerləşən 5 mərtəbəli, 30 mənzilli və M.Hüseynzadə küçəsindəki 5 mərtəbəli, 30 mənzilli yaşayış binalarının giriş və fasad hissələrində əsaslı təmir işləri aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq, binaların xarici divar səthləri köhnə suvaq qatından təmizlənib qaşınmış, bərpaedici suvaq qatı çəkilərək rənglənmə işləri aparılır.

Baxış zamanı rayon rəhbəri təmir-bərpa işlərinin aparıldığı ərazilərdə sakinlərlə görüşmüş, onların rəy və təkliflərini dinləmişdir. Rayon rəhbəri bildirmişdir ki, Tərtər şəhərində abadlıq-quruculuq işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün bütün mövcud imkanlar səfərbər olunacaqdır.

Görülən genişmiqyaslı işlərdən razılıqlarını bildirən şəhər sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər