Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində şəhərdaxili küçə və prospektlərdə gecə işıqlandırma sistemlərinin təmir işləri davam etdirilir

15 avqust 2025 | 09:26

Tərtər Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən rayonda əhalinin rifah halının yaxşılaşdırılması üçün bütün sahələrdə işlər uğurla davam etdirilir. Küçələr əsaslı təmir işləri aparılır, müasir işıq dirəkləri quraşdırılır. Bununla yanaşı şəhərin Heydər Əliyev prospekti, Rasim Mürsəlov, Şıxəli Qurbanov, Vəzir Orucov, Qaçay Mehdiyev, Mehdi Hüseynzadə və digər küçələrdə piyadaların axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək üçün quraşdırılmış küçə işıqlandırılması sistemlərinin yararsız kabelləri və sıradan çıxmış elektrik lampaları əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Gecə işiqlandırılması baş verə biləcək qəzaların qarşısını almaqla yanaşı şəhərin estetik görünüşünə də bir gözəllik qatır.

Görülən işlərdən razı qalan sakinlər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər