Tərtər şəhərində mütamadi olaraq təmizlik işləri aparılır
26 dekabr 2022 | 14:26
Dekabrın 26-da Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ümumşəhər iməciliyi keçirilib.
Səhər saatlarından etibarən şəhərdə kommunal təsərrüfat idarəsinin əməkdaşları tərəfindən keçirilən İməcilikdə yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.