Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində daha bir küçəyə asfalt örtüyü salınır

09 yanvar 2025 | 17:34

Hazırda  şəhərin Üzeyir Hacıbəyov küçəsindən sonra Mahir Əsədov küçəsində də sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün asfalt örtüyünün salınması işləri aparılır. Əvvəlcə yolun yatağı qum-çınqıl tökülərək  xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha sonra asfalt örtüyü çəkilir. Ümumilikdə küçəyə 3180 kvadrat metr asfalt örtüyün salınması nəzərdə tutulub. Əlavə olaraq küçədə İşıq, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  asfalt örtüyü salınan küçəyə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb. Bildirib ki, sözügedən küçəyə ilk dəfə asfalt örtük çəkilir. Əvvəllər bu yolun yatağı çınqıldan ibarət olub.

Sakinlər görülən işlərdən razılıq edərək, küçədə aparıaln abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər