Tərtər şəhərində abadlıq və quruculuq işləri davam edir
05 dekabr 2025 | 15:40
Tərtər şəhərində abadlıq, təmizlik və quruculuq işləri çərçivəsində küçə və səkilərdə bir sıra yenidənqurma tədbirləri həyata keçirilir. Şəhərin müxtəlif ərazilərində köhnə və yararsız bardyorlar çıxarılaraq yeniləri ilə əvəz olunur. Səkilərdə təmir-bərpa işləri aparılır, piyadaların rahat hərəkəti üçün şərait yaradılır.
Şəhərin giriş hissəsində Tərtər şəhər bələdiyyəsinin tərəfindən yol kənarlarında mövcud olan dağılmış və estetik görünüşünü itirmiş divar və hasarlar sökülərək yenidən hörülmüş, suvanaraq rənglənmişdir.
Görülən işlər şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına və sakinlərin rahatlığının təmin olunmasına xidmət edir.






