Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

28 iyul 2026 | 12:00

Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində müntəzəm olaraq genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Aparılan tədbirlər çərçivəsində sakinlər üçün rahat və nümunəvi istirahət guşələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq Tərtər şəhəri, Elman Səfərov küçəsində 1 ədəd, Nizami küçəsində 1 ədəd, Elman Hüseynov küçəsində 1 ədəd, Nəriman Nərimanov küçəsində 2 ədəd və Ədalət Paşayev küçəsində 2 ədəd söhbətgahda əsaslı təmir işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. Yenilənən söhbətgahlar sakinlərin asudə vaxtlarını səmərəli və mənalı keçirmələri üçün tam hazır vəziyyətə gətirilmişdir.

Şəhər sakinləri göstərilən diqqət və qayğıya, eləcə də Tərtər şəhərində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər