Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən Bina 10Q-nin sakinlərinin müraciətləri öz müsbət həllini tapıb

18 sentyabr 2025 | 09:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi qəbul zamanı Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən Bina 10Q-nin sakinləri yaşadıqları binanın kanalizasiya xətlərinin yenilənməsi ilə bağlı müraciət ediblər.

Müraciət əsasında Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 1 ədəd 3 blok, 30 mənzilli çox mərtəbəli yaşayış binasında yeni kanalizasiya xətti inşa edilib, zirzəmisi təmir olunub və kanalizasiya şəbəkəsinə qoşulub.

Bina sakinləri müraciətlərinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər