Tərtər şəhəri ərazisində yol nişanlarının və nişanlanma xətlərinin bərpası davam etdirilir
09 yanvar 2026 | 12:04
Tərtər Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 2025-ci il tarixli məktubunun icrası ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Tərtər şəhərinin insanların sıx olduğu bəzi küçə və prospektlərində, ümumtəhsil müəssələrinin qarşısında movcud olan yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.
Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədi ilə yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.
Görülən işlər vətəndaşlar tərəfindən böyük məmuniyyətlə qarşılanıb.






