Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib

14 aprel 2025 | 11:30

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində iməclik aksiyası keçirilib.

İməclikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin  işçiləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində olan alaq otları biçilərək təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan məişət tullantıları toplanaraq götürülüb.

İməcliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər