Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib

26 dekabr 2025 | 09:37

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib.

İməclikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində olan alaq otları biçilərək təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan tullantılar toplanaraq götürülüb. Şəhər ərazisində piyadaların axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək üçün quraşdırılmış küçə işıqlandırılması sistemlərinin yararsız kabelləri və sıradan çıxmış elektrik lampaları əsaslı təmir olunaraq yenisilə əvəz olunub.

İməcliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər