Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhəri ərazisində iməclik aksiyası keçirilib

13 aprel 2026 | 09:21

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib.

İməclikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.

Tərtər şəhərində keçirilən iməclik aksiyası çərçivəsində ətraf mühitin mühafizəsi vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı iməclik işləri aparılıb.

Aksiya zamanı yaşıllıq ərazilər biçilərək səliqəyə salınıb, məişət tullantıları və alaq otları təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin elektrik dirəkləri rənglənib ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.

Keçirilən iməclik şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına, əhalidə təmizlik və ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edir.

Keçidlər