Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhəri ərazisində iməclik aksiyası keçirilib

01 aprel 2026 | 10:46

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib.

İməclikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.

Tərtər şəhəri ərazisində keçirilən iməclik aksiyası zamanı ərazidə yaşıllıq zonası biçilərək səliqəyə salınıb, məişət tullantılarından, qurumuş yarpaq və budaqlardan təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.

Keçirilən iməclik şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına, əhalidə təmizlik və ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edir.

Keçidlər