Tərtər şəhəri ərazisində iməclik aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməclik aksiyası keçirilib.
İməclikdə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Tərtər şəhərinin Bayraq meydanında keçirilən iməclik aksiyası çərçivəsində ətraf mühitin mühafizəsi vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı iməclik işləri aparılıb.
Aksiya zamanı ərazidə yaşıllıq zonası bellənib, məişət tullantılarından, qurumuş yarpaq və budaqlardan təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.
Keçirilən iməclik şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına, əhalidə təmizlik və ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edir.






