Tərtər şəhəri ərazisində gül və çiçək kolları əkilib
10 yanvar 2026 | 15:18
Tərtər şəhəri ərazisində abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında 1000 ədəd müxtəlif növ gül və çiçək kolları əkilib.
Əkin işlərindən əvvəl ərazilərdə təmizlik aparılıb, yaşıllıq sahələri səliqəyə salınıb, abadlıq tədbirləri görülüb. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına və estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.






