Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər sakinlərinin müraciəti təmin olundu

02 aprel 2026 | 09:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Tərtər şəhər Nizami küçəsinin sakinləri müraciət edərək kanalizasiya quyularının tutulmuş xətlərinin açılmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən Heydər Əliyev parkında və Nizami küçəsində yerləşən kanalizasiya quyularının tutulmuş xətləri xüsusi texnika vasitəsilə açılmışdır.  

Sakinlər onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər