Tərtər şəhər sakinlərinin müraciəti öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Tərtər şəhər sakinləri müraciət edərək Tələy arxının Tərtər şəhəri ərazisindən keçən hissəsinin lildən və kol-kosdan təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin maşın mexanizimləri tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işlərinə aparılıb.
Şəhər sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.