Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər Rafiq Nuruyev adına 6 nömrəli tam orta məktəbdə 8 noyabr-Zəfər Günü münasibəti ilə tədbir keçirilib

07 noyabr 2023 | 18:05

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə birlikdə  şəhid ailələri, qazilər, veteranlar, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Regional şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider  Heydər Əliyevin və torpaqların suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, sentyabrın 19-da işğaldan azad edilmiş ərazilərdə aparılan antiterror əməliyyatlarından, yenilməz sərkərdə Ali Baş Komandan İlham Əliyevin Xankəndinin mərkəzində Azərbaycan Bayrağını dalğalandıraraq etdiyi möhtəşəm çıxışından danışıb, qələbəni bizə Ali Baş Komandan Cənab İlham Əliyevin komandanlığı altında Vətən üçün canını qurban vermiş oğullarımız, öz sağlamlıqlarını itirmiş qazilərimiz, müharibənin dəhşətlərini görmüş veteranlarımız yaşaddıqlarını bildiriblər.

Məktəblilərin ifasında Vətənə, Şəhidlərə, Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.

Keçidlər