Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseydə sinif otaqlarından birinə məktəbin məzunu, Vətən müharibəsi şəhidi Qəhrəmanlı Yaqub Abdulla oğlunun adı verilib

23 dekabr 2022 | 17:26

Tərtər rayonunda torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid İsmayıl Məmmədov adına Tərtər şəhər 2 saylı məktəb-liseydə sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Yaqub Qəhrəmanlının adı verilib. Artıq bu gündən həmin sinif şəhid Yaqub Qəhrəmanlının adını daşıyacaqdır. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.      

Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə iştirak edən şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər