Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər 1 nömrəli və Xoruzlu kənd tam orta məktəblərində ixtisas seçimi ilə bağlı təlim keçirilib

18 aprel 2024 | 10:51

Tərtər şəhər 1 nömrəli və Xoruzlu kənd tam orta məktəblərində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera  Filialı tərəfindən “İxtisas  bələdçısi”  layihəsi çərçivəsində təlim keçirilib.

Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının Tərtər Rayon Xidmət  şöbəsinin müdiri Ağamoğlan İsmayılov, Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçisi-aparıcı mütəxəsis Nərgiz Bayramova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər  də  iştirak ediblər.

Təlimin məqsədi ümumtəhsil məktəblərində təhsil alan  şagirdləri ixtisas seçimi, karyera  planlaması mövzularında maarifləndirmək, ixtisas seçimi  ilə bağlı ətraflı müzakirələr aparmaq, şagirdlər tərəfindən ünvanlanan sualları cavablandıraraq, onları  gələcəyin aktual peşə və ixtisaslarına  istiqamətləndirməkdir.  Təlimə adları qeyd olunan məktəblərlə yanaşı yaxın ərazidə yerləşən Kəngərli, Qaradağlı, Təzəkənd kənd məktəblərinin şagirdləri də, ümumilikdə, 330 nəfər şagird cəlb olunub.

Təlimi  aparan Dövlət Məşğulluq Agentliyinin  karyera məsləhətçisi-aparıcı mütəxəsis Nərgiz Bayramova şagirdlərə məlumatlar verərək, onlarla dialoqa girib, “Necə ixtisaslı kadr olmaq olar?”, “İxtisas seçimi üçün istifadəsi lazım olan analizlər”, “İstəklərimiz yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Zamanın tələbi olan ixtisaslar”, “Düzgün seçim etməmənin mənfi nəticələri” və s.başlıqlı mövzulara həsr olunmuş maraqlı müzakirələr apararaq, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Təlim zamanı şagirdlər arasında peşə seçimi ilə bağlı test tapşırıqları da keçirilib. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin gələcəkdə peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirilib.

Keçidlər