Tərtər rayonunun səhiyyə işçiləri “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Tərtər Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə işçiləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Tədbir iştirakçıları öncə Mərkəzdə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Ekskursiya zamanı onlar Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə, “Ulu Öndər Tərtərdə” fotostendinə baxıb, Ümummilli Liderin keçdiyi həyat yolu və iş fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Səhiyyə işçiləri Mərkəzi “Kitabxana və informasiya texnologiyaları” bölməsi ilə də tanış olublar.
Mərkəzin bələdçisi Müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Liderin keçdiyi həyat yolu və Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi misilsiz xidmətlər haqqında ekskursiyada iştirak edənlərə ətraflı məlumat verib.