Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonundan olan abituriyent buraxılış imtahanında yüksək nəticə əldə edib

11 aprel 2025 | 11:29

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Tərtər rayon Rövşən Kərimov adına Sarov kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Quliyeva Çinarə Rəşad qızıdır.

Çinarə Quluyeva 3-cü ixtisas qrupuna hazırlaşır. Hədəfi 700 bal toplamaqdır.  

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Tərtər Rayon İcra Hakimiyyəti adından Çinarə Quluyevanı təbrik edir, gələcək təhsilində uğurlar arzulayırıq.

Keçidlər