Tərtər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar Tərtər rayonunda veloyürüş keçirilib.
Bayraq meydanından başlayaraq 3 km məsafəni əhatə edən marşrut Mərkəzi meydanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib. Tədbirdə Tərtər RİH başçısının birinci müavini Elvin Umudov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Şəhram Quliyev, İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov çıxış edərək, yürüş iştirakçılarına təbriklərini çatdırıblar. Yürüşdə 20-ə yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.
Sonda velosipedçilər Qarabağ Regioanal Gənclər və İdman İdarəsinin müvafiq sertifaktları ilə təltif olunublar.