Tərtər rayonunda xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb
Tərtər Rayon İcra Hakimiyyəti və “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli,1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s. sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) icrası ilə əlaqədar rayon Mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsində ana və hamilə qadınlarla maarifləndirici söhbətlər aparılıb.
Tədbirdə rayon Mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinin müdiri Tamella Tağıyeva, həkim mama-ginekoloqlar Minirə Baxşəliyeva,Ziyafət Məmmədova,NaziləTəhməzova,neonatoloqlar Afaq və Aygün Məhərrəmovalar hamilə qadın və uşaqların düzgün qidalanmasının önəmli olmasından,bakteriya mənşəli qida zəhərlənmələrindən bəhs edərək son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş istifadəyə yararsız qidalar haqqında məlumat veriblər.






