Tərtər rayonunda toplanan kağız tullantıları verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla əlaqədar olaraq 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisindən toplanan 2,5 ton,2025-ci ildə isə 2 ton kağız tullantısı Salyan regional “ASAN xidmət” mərkəzinə təhvil verilmişdir.
Qeyd edək ki, layihənin keçirilməsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına,təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.






