Tərtər rayonunda növbəti dəfə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 1143 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.2.6-cı bəndinin icrasının təmin etmək məqsədi ilə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində Tərtər Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin Heyvan Sağlamlığı və Baytarlıq Nəzarəti sektorunun, rayon Polis şöbəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən reydlər keçirmişdir.
Reydlər zamanı qanunvericiliyin tələblərini pozan heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə xəbərdarlıq olunmuş, sahibkarlara fəaliyyətlərini qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırmaq və heyvan kəsimini mərkəzləşdirilmiş müasir kəsim məntəqələrində həyata keçirməklə bağlı göstərişlər verilmişdir.