Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2023-ci ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
07 dekabr 2023-cü il tarixində Tərtər rayon Gənclər mərkəzinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov, Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin rəisi mayor Elçin Rəcəbov və Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin baş zabiti kapitan İntiqam Mikayılov iştirak etmişdir.
Tərtər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov tədbiri açaraq gələn qonaqları təqdim edib. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər.
Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.