Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

13 dekabr 2022 | 12:19

13 dekabr 2022-ci il tarixində Tərtər rayon Gənclər mərkəzinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2022-ci ilin yekunu, 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov, Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin rəisi mayor Elçin Rəcəbov və Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki müdafiə hazırlıq şöbəsinin rəisi, kapitan Həsən Nəsirov iştirak etmişdir.

Tərtər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov tədbiri açaraq gələn qonaqları təqdim edib. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər.

Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

 

Keçidlər