Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda “Müharibədən zərərçəkənlərə psixoloji dəstək ” adlı layihə həyata keçirilmişdir.

25 iyul 2024 | 14:06

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin  həyata keçirdiyi  “Müharibədən zərərçəkənlərə psixoloji dəstək ” adlı layihə Tərtər Peşə Məktəbinin inzibati binasında keçirilmişdir.

Tərtər Peşə Məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətindən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert/psixoloq  Aliyə İmanova , Regional Gender Mərkəzi İB-nin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və  Tərtər rayonundan müharibədən zərər çəkmiş ailələrdən 21nəfər iştirak etdi.

Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi  və gözləntilər barədə məlumat verdi. Ekspert/psixoloq A.İmanova  müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün, şəhid, qazi ailələri)  dövlət qayğısı, qayıdışla bağlı  geniş məlumat verdi. Tərtər Rayon İcra Hakimiyyətindən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev müharibədən zərər çəkmiş insanlara dövlət tərəfindən görülən işlərdən danışdı. Ş.Dadaşova Qayıdışla bağlı məlumat verdi. Sonra mövzu ətrafında müzakirələr oldu və iştirakçılar öz təssüratlarını bölüşdülər.

İştirakçıları maraqlandıran  suallar cavablandırıldı və təklifləri dinlənildi.

 

Keçidlər