Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda “Müharibə iştirakçılarının maarifləndirilməsi” layihəsi həyata keçirilib.

25 iyun 2023 | 16:24

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə maliyyələşən və “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası”, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” və “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliklərinin təsis etdiyi “Vətən Naminə” QHT koalisiyasının həyata keçirdiyi “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi çərçivəsində Tərtər rayonunda tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının Tərtər rayon qərargahında baş tutan görüşdə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri eləcə də Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov iştirak edib.

Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə tədbiri açıq elan edərək layihənin məqsədi barədə məlumat verib.
Layihənin eksperti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyin sədri Emin Həsənli dövlətin qazilərə yüksək həssaslıqla yanaşdığını, onların sağlamlığına qovuşması üçün xaricdə müalicəetdiyini, ən son model protezlərlə təmin etdiyini və bu diqqət qayğının günü-gündən artığını vurğuladı.

Layihənin sosioloqu, ehtiyatda olan kapitan, ikinci Qarabağ müharibəsi ştirakçısı Taleh Əliyev çıxışı zamanı dövlətin şəhid ailələrinə , qazilərə diqqət və qayğısını hər zaman yüksək səviyyədə olduğunu və artan diqonal üzrə hərəkət etdiyini iştirakçıların nəzərəinə çatdırdı.

Tədbirdə digər çıxış edənlər şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının problemlərinin həll edilməsinin cəmiyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini vurğuladılar.

Keçirilən görüş qarşılıqlı diskusiya ilə davam etdirildi, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verildi.

Keçidlər