Tərtər rayonunda Kim? Harda? Necə? İntellektual yarışı keçirilmişdir
24 iyul 2024 | 17:48
Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Milli Dəyərlərin Qorunmasına Ziyalıların dəstəyi İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər şəhəri 6 saylı tam orta məktəbin inzibati binasında Kim? Harda? Necə? intellektual yarışı keçirilmişdir.
Tədbirdə Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Mahir Qurbanov, İctimai Birliyin sədri Aydın Zeynalov və Respublika Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov və yarış iştirakçıları iştirak etmişlər.
Yarışın final mərhələsində yer tutacaq şagirdlərə hədiyyəllər təqdim olunacaq.