Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib

17 dekabr 2025 | 18:16

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.

Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllüləri  ictimai yerlərdə - iaşə obyektlərində, mağazalarda, parkda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında tütünün, o cümlədən zərərli vərdişlər və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar haqqında maarifləndirici söhbətlər apararaq, ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə materiallar yerləşdiriblər.

Keçidlər