Tərtər rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib
02 mart 2023 | 16:49
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2015-ci il tarixdə 1045 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndinə əsasən ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdirmək nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Rayon Nümayəndəliyinin könüllüləri rayonun fəal gəncləri ilə birlikdə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklamlar, stendlər yerləşdiriblər.